Ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncama əsasən, hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi və peşə bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon idarəsinin yeni inzibati binasınının açılışı olub.
Müasir standartlara və üsluba uyğun inşa edilmiş yeni tikilinin açılışını bildirən rəmzi qırmızı lentlər kəsildikdən sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxıblar. Daha sonra tədbir iştirakçıları binaların otaqları və əməliyyatçılar üçün yaradılmış iş şəraiti ilə tanış olublar.
Yeni tikilinən inzibati binada əməliyyatçılar üçün yüksək şərait, eləcə də müasir maddi-texniki təminata və təchizata aid bütün iş şəraiti qurulub.