Bığır kənd 3 saylı məktəb

Göyçay rayon, N.İsmayılov adına Bığır kənd 3 nömrəli tam orta məktəbin inşası
2023 cü il sentyabr ayının 15-də Göyçay rayon N.İsmayılov adına Bığır kənd 3 nömrəli tam orta məktəbin yeni tikilmiş məktəb binasının açılış mərasimi olub.

Yenidən tikilmiş məktəb 264 şagird üçün nəzərdə tutulub. Məktəbdə 11 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, tibb otaqları, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur. Qeyd edək ki, yeni tədris ilində məktəbdə 225 şagirdin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur.