BDU-nin 2 saylı tədris binası

Bakı Dövlət Universitetinin 2 saylı tədris binasının əsaslı təmiri.
Bakı Dövlət Universitetinin (BDU) Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı tədris binası əsaslı təmir edilib.

Binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyaları, inzibati otaqları, laboratoriyaları, sanitar qovşaqları, liftləri, bütün kommunikasiya xətləri, yanğınsöndürmə sistemi müasir standartlara uyğun şəkildə yenilənib. Geniş auditoriyalar proyektor, kondisioner və mebellərlə təzhiz olunub. Qazanxana və drenaj sistemi yenilənib.

Korpusda təhsilalanların dərsdənkənar və asudə vaxtlarının keçirə bilməkləri üçün də xüsusi şərait yaradılıb. Korpusun həyətində xüsusi abadlıq işləri həyata keçirilib.
Ən müasir standartlara cavab verən korpus yeni tədris ilindən müəllim və tələbələrin ixtiyarına verilib. Əsaslı təmir işləri mərhələli şəkildə BDU-nun digər tədris korpuslarında da davam etdiriləсәк. 46 yaşlı binanın üz aqlay daşları sökülür, pəncərədən qapıya, döşəmədən tavana kimi hər şeyi yenidən qurulur. İnzibati binaya drenaj xətləri qoyulub. Bütün kommunikasiya xətləri dəyişib. Bundan başqa, tədris ocağının 1977-ci ildən bağlı qalan təxliyə pilləkən qəfəslərinin bəzi qapıları və binanın 5 lifti yenilənib, sanitar qovşaqların sayı artırılıb. Çardaq yenilənib, binanın konstruktiv elementləri qorunub saxlanılmaqla, tavandan döşəməyə qədər sökülüb".